Avroliqanın ilk turu çərçivəsində keçiriləcək “Tottenhem”– “Qarabağ” oyununun vaxtı və yeri müəyyənləşib | |
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Ağdam, Azərbaycan) oyununun başlama saatı və yeri müəyyənləşib. Qarşılaşma sentyabrın 17-də Bakı vaxtı ilə saat 00:05-də (yerli vaxtla 20:05-də) 37 min azarkeş tutumuna malik “White Hart Lane” stadionunda başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 26-da Bakıda keçiriləcək. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|