"Milan"dan növbəti transfer
Yuray Kuçkanı heyətinə qatıb

İtaliyanın "Milan" klubu heyətini daha bir futbolçu ilə gücləndirib

"Rassonerilər" "Cenoa"nın yarımmüdafiəçisi Yuray Kuçkanı transfer edib. Slovakiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu transferə görə "Milan" Genoa təmsilçisinə 3 milyon avro təzminat ödəyəcək.

Xəbər 757 dəfə oxundu.