"Qəbələ"nin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion məlum olub | |
Qəbələ klubunun ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq. "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Onun sözlərinə görə, "qırmızı-qaralar" rəqiblərini Qəbələdə deyil, Bakıda "Bakcell Arena"da qəbul edəcək. Stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq. Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını Bakının 8-ci km qəsəbəsində yerləşən stadionda keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutur. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq. "Report" |
|
Xəbər 711 dəfə oxundu. |
|
|