Andreas Qrinkvist: Qəbələni demək olar ki, tanımıram
Rusiyanın "Krasnodar" klubunun kapitanı Andreas Qrankvist Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Dortmund "Borussiya"sı (Almaniya) və Yunanıstan PAOK-u ilə bir qrupa düşmələrinə münasibət bildirib. O, klub saytına açıqlamasında bunları söyləyib:

"Bizə çox yaxşı qrup qismət oldu. Əlbəttə, "Borussiya"ya, Almaniyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparmaq əla olacaq. Bu klubun əla azarkeşləri var. Stadionları həmişə dolu olur. Yunanıstan PAOK-u da çox yaxşıdır. Bu klubun da çoxlu azarkeşi var, komandalarını əla dəstəkləyirlər. Ona görə də asan oyun olmayacaq. Azərbaycandan olan komandaya gəlincə, düzünü desəm, onlar barədə heç nə bilmirəm. Amma istənilən halda bu qrupda mübarizə aparmaq çox çətin olacaq. Hesab edirəm ki, bizim Avropa Liqasının növbəti mərhələsinə adlamağımız üçün yaxşı şansımız var".

Xəbər 693 dəfə oxundu.