Qəbələ Türkiyə və Ukraynada toplanış keçirə bilər
"Qəbələ"nin futbolçuları Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə cavab oyunundan (2:2, ilk oyun 0:0) sonra istirahətə buraxılıblar. Komanda üzvləri sentyabrın 1-də yenidən bir araya gələcəklər.

Millimizin seçmə mərhələdəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə etməyə hazırlaşan "Qəbələ" təlim-məşq toplanışı keçirməyi də düşünür. İstisna deyil ki, Roman Qriqorçuk komandasını Türkiyə və Ukraynaya təlim-məşq toplanışına aparsın. Ölkə xaricinə səfər baş tutmasa, komanda elə Qəbələdə hazırlaşacaq.

Xəbər 705 dəfə oxundu.