"Borussiya"nın baş məşqçisi "Qəbələ"dən danışdı
Avropa Liqasında "Qəbələ", "Krasnodar" və PAOK-la bir qrupa düşən Dortmund "Borussiya"sının baş məşqçisi Tomas Tuxel püşkü dəyərləndirib.

Alman çalışdırıcı maraqlı qrupa düşdüklərini deyib.

"Maraqlı qrupa düşmüşük. PAOK-la səfər matçında bizi güclü azarkeş ordusu gözləyir. "Krasnodar" çoxlu legionerləri olan komandadı. Bu klub Rusiyanın ən güclülərindəndi. "Qəbələ" isə pley-off mərhələsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb. Rəqiblərimizlə oyunlara bütün gücümüzlə hazırlaşacağıq".

Xəbər 746 dəfə oxundu.