Paytaxt klubu hücumçusunu itirdi
“Bakı” ciddi itki ilə üzləşib. İdman.com.az xəbər verir ki, paytaxt klubu ən azı 10 gün komandanın aparıcı hücumçusu Uinston Parksın xidmətindən yararlana bilməyəcək.

Buna isə onun Antalya toplanışının gedişi zamanı aldığı zədə səbəb olub. Artıq kosta-rikalı hücumçu Türkiyədə müayiənədən keçib və hazırda həkimlər onun mümkün qədər yaşıl meydanlara tez dönməsi üçün çalışırlar.

Xəbər 955 dəfə oxundu.