"Sumqayıt" 3 futbolçunu əvəzedici heyətə göndərdi
Azərbaycan Premyer Liqasında geridə qalan 3 turda cəmi 2 xal toplayan "Sumqayıt"da klub daxili iclas baş tutub. Klubundan verilə məlumata görə, 3 futbolçu- Elnur Abdulov, Emin Mehtiyev və Uğur Pamuk zəif təsir bağışladığına görə, əvəzedici heyətə göndərilib. Komandada çıxış edən bir çox futbolçuya isə pul cəriməsi kəsilib.

Xəbər 743 dəfə oxundu.