"Monako"dan "Qarabağ"ın qrupuna münasibət
"Dörd ölkənin çempionundan təşkil olunmuş qrupdur. Bizim üçün çətin olacaq. Fəxr edirik ki, ardıcıl ikinci dəfə Avropamiqyaslı turnirin qrupunda oynayırıq".


Bu sözləri "Monako"nun vitse-prezidenti Vadim Vasilyev Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

O, bu qrupdan çıxmaq imkanlarının olduğunu da bildirib.

Qeyd edək ki, "Monako" Avropa Liqasının J qrupunda "Qarabağ" "Tottenhem", "Anderlext" klubları ilə mübarizə aparacaq.

Xəbər 712 dəfə oxundu.