“Neftçi” mənim üçün yeni təcrübə olacaq”
“Neftçi” yeni transferi Antonio Quinta keçidi ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb.

İspaniyalı hücumçu “Neftçi”yə gəldiyi üçün çox xoşbəxt olduğunu deyib:

“Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu, mənim üçün yeni təcrübədir. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.

Xəbər 696 dəfə oxundu.