"Krasnodar"ın futbolçusu: "Bütün komandaların şansı var"
"Borussiya" qrupun favoritidir. Onların Çempionlar Liqasında böyük təcrübələri var".

Bu sözləri "Krasnodar"ın yarımmüdafiəçisi Yuri Qazinski Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Qazinski qrupdakı digər üç rəqibin şanslarının bərabər olduğunu bildirib: "Digər üç komandanın da az və ya çox qrupdan çıxmaq şansı var. Hər halda püşkü uğurlu adlandırmaq olar. Biz istənilən rəqiblə mübarizə apara və özümüzü sübut edə bilərik. Hər şey özümüzdən asılıdır".

Qeyd edək ki, "Krasnodar" C qrupunda "Borussiya" (Almaniya), "Qəbələ" (Azərbaycan) və PAOK (Yunanıstan) klubları ilə mübarizə aparacaq.

Xəbər 674 dəfə oxundu.