Bundesliqa təmsilçisi: Yayda Raufu transfer edəcəyik
“Rauf Əliyevi yayda transfer edəcəyik”. İdman.com.az saytı xəbər verir ki, bu sözü “Futbol+” qəzetinə Almaniyanın “Qröyter Fürt” klubunun meneceri Rəşid Azzouzi deyib.
II Bundesliqada çıxış edən və 2-ci pilləni tutan klubun nümayəndəsi futbolçumuzun transferini çox istədiklərini bildirib: “Biz Rauf Əliyevlə çoxdan maraqlanırıq. Bir an olsun gözümüzü ondan çəkməmişik. Rauf “Qröyter Fürt”ün tələblərinə cavab verən futbolçudur”.

Mərakeşli menecer transferin qışda baş tutmamasının səbəbini açıqlayıb: “Bizə Asamoanı təklif etdilər. Əslində “Qröyter Fürt” gənclərə üstünlük verən, dünyanın dörd yanından onları tapıb üzə çıxaran və yetişdirən klubdur. Amma Asamoa kimi bahalı oyunçunu Bundensliqya çıxmaq hədəfinin əlçatan olması ilə bağlı aldıq. Yəni, 2 variantdan Raufun əleyhinə olana üstünlük verdik. Amma yayda onu transfer edəcəyik. Komandamız Bundesliqaya çıxsa da, planımız dəyişiməyəcək”.

Xəbər 963 dəfə oxundu.