“Fırtınalar meydanı”nda təmir işlərinə başlanılıb
Premyer Liqada yaranan fasilə zamanı “Fırtınalar meydanı”nda təmir işlərinə başlanılıb.

Stadionun əsas meydançasının bir o qədər də yaxşı vəziyyətdə olmayan ot örtüyünə xüsusi quluq edilir, yeni toxum səpilir. Bu işlərin yaxın bir həftəyə yekunlaşdırılması planlaşdırılıb. Bir ay ərzində isə meydançada yeni ot örtüyünün bitəcyi gözlənilir. Xatırladaq ki, “Xəzər Lənkəran” sentyabrın sonuna qədər doğma meydanda oyun keçirməyəcək. Belə ki, Premyer Liqanın IV turunda “Qarabağ”ın ardıyca da “Neftçi”nin qonağı olacaq komandamız yalnız VI tur çərçivəsində sentyabrın 27-də doğma arenada “Zirə”ni qəbul edəcək. Beləliklə də bir aylıq zaman kəsiyi “Fırtınalar meydanı”nda ot örtüyünün bərpası üçün əlverişli şərait yaratmış olacaq.

Xəbər 668 dəfə oxundu.