"Yanq Boyz”un müdafiəçisi Oyunun əvvəlində birbaşa qırmızı vərəqə almağımız işləri korladı
"İlk hissədə "Qarabağ” çox yaxşı oynadı. Oyunun əvvəlində birbaşa qırmızı vərəqə almağımız və rəqibin qol vurması işləri korladı”. Bu sözləri "Yanq Boyz”un müdafiəçisi Floran Haderqyonay deyib.

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”a yenilən İsveçrə təmsilçisini sağ cinah müdafiəçisi hər şeyi qırmızı vərəqə ilə bağlayıb: "İlk oyunda 0:1 hesabıyla uduzduğumuzdan cavab matçında hücumameyilli futbol sərgiləyəcədik. Amma dediyim kimi, erkən qırmızı vərəqə və buraxılan qol bütün planlarımızı pozdu. Çox çətin durumla üzləşdik. Oyunu dəyişmək qeyri-mümkün oldu”.

Qazonun durumunu bəhanə gətirmək istəmədiyini, hər 2 komandanın eyni şəraitdə mübarizə apardığını bildirən isveçrəli futbolçu oyundan sonra məşq etmələrinə də aydınlıq gətirib: "Xeyr, bunun baş məşqçi tərəfindən verilən hər hansı cəzayla bağlılığı yoxdur. Sabah (bu gün – red.) məşq olmayacaq. Ona görə də elə Bakıda yüngül məşq etdik”.

Xəbər 730 dəfə oxundu.