Yannis Anastasiu: Qəbələ Avropada zəif komanda olmadığını isbatladı
Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab matçını (2:2, ilk oyun 0:0) şərh edib. O, bunları söyləyib:

"Mən Avropada asan rəqiblərin, sıradan komandaların olmadığını öncədən də demişdim. Təəssüf ki, rəqibimiz bunu bir daha isbatladı. Biz oyuna kifayət qədər yaxşı başladıq. Qol vurmaq üçün imkanlarımız da oldu. Amma ilk qolu özümüz buraxdıq. Fikrimcə, ilk hissədən sonrakı 1:1 hesabı oyunun gedişini düzgün əks etdirmirdi. İkinci hissədə də çox çalışdıq, çoxlu qol vəziyyətimiz oldu. Sadəcə, hücumları daha yaxşı başa çatdırmaq üçün dəqiq zərbələr çatışmırdı. Fasilədən sonra daha ağıllı oynamağa çalışdıq. Lakin mənasız səhv nəticəsində qapımızda daha bir qol gördük. Avropada belə səhvləri bağışlamırlar. Düzdür, yenidən hesabı bərabərləşdirdik. Ondan sonrakı cəhdlərimiz isə faydasız qaldı".

Xəbər 680 dəfə oxundu.