AGF Kuboku yerini dəyişir
Fiziki hazırlıqları ilə yetirmələrindən heç də geri qalmayan “Məşqçilər”, hətta öz dözümlülükləri ilə təəccübləndirərək 4 qələbə qazandılar. Yeri gəlmişkən, Kuboku əldə etmə və konfetti yağışına qərq olma sevinci, artıq onlarda futbol marafonunun sona çatmasına bir tur qalmış hiss olunmağa başlamışdı.

Layiq olduqları dəyəri gimnastika mütəxəssislərinə vermək lazımdır – bu gün onlar futbolda birincidirlər.

Budur qalib ulduzların tərkibi: Rza Əliyev, Şakir Şıxəliyev, Uğur Xəlilbəyli, Roman Duxopelo, Nizami Abbasov, Surxay Qarayev, Orxan Muradov.

Kubok boyunca komandalara zərif cinsin nümayəndələri də dəstək olurdular. Gimnastika ailəsinin qadınlardan ibarət məşqçi kollektivi daha çox kvadrat formalı bej rəngli xalça ətrafında eşitməyə adət etdiyimiz ruhlandırcı sözlərdən, bu dəfə düzbucaqlı yaşıl meydançadakı oyunçuları cəsarətləndirmək üçün istifadə edirdilər.

Artıq ənənəyə çevriləcək ötən kubokda “Məşqçilər”-lərlə yanaşı, 5 komanda – MGA (Milli Gimnastika Arenasının kollektivi, ötən ilin, çempionları), AGF (Azərbaycan Gimnastika Federasiyasının kollektivi), BGM (Bakı Gimnastika Məktəbinin təmsilçiləri, turnirə ilk dəfə qoşulanlar) və “Mühafizə” komandası (Milli Gimnastika Arenasının təhlükəsizlik üzrə əməkdaşları) – iştirak etdi.

Xəbər 720 dəfə oxundu.