“Böyük dəbilqə” turnirində lisenziya xallarımız artacaqmı?
4-5 fevralda Fransanın paytaxtında cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Məşqçilər korpusu London-2012-yə lisenziya xalı verəcək yarışda 9 idmançını sınamağa qərar veriblər.

Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi - 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).
Qeyd edək ki, mükafat fondu 150 min ABŞ dolları olan “Böyük dəbilqə”də 104 ölkənin 709 (420 kişi, 289 qadın) cüdoçusu qüvvəsini sınayacaq.

Xəbər 1165 dəfə oxundu.