"Məğlubiyyət rəhbərliyi də pis vəziyyətdə qoydu" - "Panatinaikos"un prezidenti
Bəli, bizim üçün Avropa macerası başa çatdı. Amma biz başımızı dik tutmalıyıq. Bu sözlər Yunanıstanın "Panatinaikos” klubunun prezidenti Giannis Alafouzosa məxsusdur. O, Avropa Liqasının "pley off” mərhələsi çərçivəsində evdə "Qəbələ” ilə (2-2) baş tutan oyundan sonra danışıb. Yunan iş adamı komandasının mərhələ adlaya bilməməsinə belə münasibət bildirib:

"Bizim böyük səhvlərimiz oldu və bunun qarşılığında da məğlub olduq. Hazırda komandanın durumu yaxşı deyil. Məğlubiyyətimiz isə rəhbərliyi də pis vəziyyətdə qoydu. Amma biz yolumuza davam etməliyik. Çox məyusuq. Amma başımızı dik tutmalıyıq. ”

Xəbər 661 dəfə oxundu.