UEFA reytinqində yeni rekord
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Avropa Liqasının "pley off” oyunlarından sonra mübarizəni davam etdirən ölkələrin sayı 28 olub. 6 ölkə təmsilçisi isə mübarizəyə son deyib.

Həmin 28 ölkənin arasında Azərbaycanın adı da var. Belə ki, təmsilçilərimiz "Qəbələ” və "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşməklə yanaşı, Azərbaycana yeni rekord da qazandırıblar. Belə ki, "Yanq Boys”u 3-0 hesabı ilə məğlub edən "Qarabağ” ölkəmizin aktivinə 0.375 xal yazdırıb. "Qəbələ”nin "Panatinaikos” bərabərliyi isə ölkəmizə 0.125 xal qazandırıb. Bu xallar sayəsində ölkəmizin aktivindəki xallar 13.625-ə çatıb. Bu isə mütləq rekorddur.
Lakin bu rekord Azərbaycanın mövqeyinin dəyişməsinə imkan verməyib – 26-cı pillə.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir.

Xəbər 729 dəfə oxundu.