Gənc yunan-Roma güləşçilərimiz xatirə turnirində
23-25 yanvarda Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə açıq ölkə çempionatı keçiriləcək. İdman.com.az saytının məlumatına görə, gənc yunan-Roma güləşçilərindən ibarət yığma komandanın üzvləri turnirdə iştirak etmək üçün Ukraynaya yola düşüblər.

Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə heyətdə 8 güləşçi yer alıb. Bunlar Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Ənvər Cəfərov (66 kq), Toğrul Yunisli (74 kq), Soltan İsmayilov (84 kq), Hacımurad Çopsiyev (96 kq) və Zaur Mehrəliyevdir (120 kq).

Xəbər 1036 dəfə oxundu.