Qurban Qurbanov: Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün əsas vəzifə idi
Çətin oyun oldu. Rəqib matçın ilk dəqiqələrində azlıqda qaldı. Bu da onların işini çətinləşdirdi. Yaxşı oynadıq. Futbolçular da verdikləri sözün üstündə durdular. Komandanı, rəhbərliyi, azarkeşləri bu qələbə münasibətilə təbrik edirəm. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün əsas vəzifə idi.

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirdikləri cavab matçından sonra keçirilən mətbuat konfransıda deyib.

Ağdam klubunun baş məşqçisi 3:0 hesabı ilə başa çatan görüşdən sonra “Panatinaikos” ilə cavab matçında “Qəbələ”yə də uğurlar arzulayaraq deyib: “Azərbaycanın qrup mərhələsində iki klubla təmsil olunmasını çox istərdim. Yeddi ildir “Qarabağ”ı çalışdırıram. Bu müddət ərzində az həyəcan keçirməmişəm. Ola bilsin ki, başqa komandada fərqli olardı. Amma topraqlarımız işğal altındadır. Çox şadıq ki, “Qarabağ” adlı komanda ilə qaçqınlarımızı, məcburi köçkünlərimizi sevindirə bilirik. Hər bir uğurumuz Azərbaycana aiddir.

Q.Qurbanov komandaya yeni futbolçuların transferi üçün danışıqlar aparıldığını da qeyd edib.

Xəbər 656 dəfə oxundu.