Panatinaikos azarkeşləri Qəbələ ilə oyundan sonra meydana çıxdılar
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə oyundan sonra Yunanıstanın "Panatinaikos" klubunun azarkeşləri meydana axışıblar. 2:2 hesablı heç-heçədən (ilk oyun 0:0) sonra komandalarının mübarizəni dayandırması Afina klubunun fanatlarını qəzəbləndirib.

Buna daha çox qəzəblənən bəzi fanatlar meydana qaçıblar. Onlar bu uğursuzluğa görə komandanın üzvlərinə etirazlarını bildiriblər. Futbolçulara kənar əşyalar, su qabları da atılıb.

"Qəbələ"nin futbolçularından xəsarət alan olmayıb.

Qeyd edək ki, matçı işıqlandırmaq üçün Azərbaycandan gedən jurnalistlər də yerli fanatların çılğınlığı səbəbindən problemlə üzləşiblər. Belə ki, uğursuzluğu həzm edə bilməyən azarkeşlər stadionu tərk etmək istəmirlər. Bu isə azərbaycanlı jurnalistlərin "Qəbələ" futbolçularından müsahibə almaq üçün ayrılmış zonaya getməsinə problem yaradıb. Hazırda həmin zona ciddi polis nəzarətindədir.

Xəbər 766 dəfə oxundu.