Tale Heydərov: Azərbaycanı qrup mərhələsində layiqincə təmsil etməyə çalışacağıq
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları münasibətilə komandasını təbrik edib. Yunanıstanın "Panatinaikos" klubu ilə səfər oyunundan (2:2, ilk oyun 0:0) sonra futbolçularla görüşən Heydərov bunları söyləyib:

"Bu, bizim üçün tarixi bir gündür. Futbolçuları bu uğur münasibətilə təbrik edirəm. Onlara belə bir klubu, özü də səfərdə mübarizədən kənarlaşdırdıqlarına əhsən düşür. Çox çətin oyun oldu. Komandamıza çox az adam inanırdı. Əminəm ki, Roman Qriqorçuk da bu qələbəyə çox sevinir. Şübhəsiz ki, yeni transferlər olacaq. Azərbaycanı qrup mərhələsində layiqincə təmsil etməyə çalışacağıq".

Xəbər 683 dəfə oxundu.