AFFA və PFL rəhbərliyi Qarabağı təbrik etdi
AFFA və PFL rəhbərliyi "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə cavab matçında qazandığı uğura görə təbrik edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab görüşündən sonra AFFA prezidenti Rövnəq Abdullayev, PFL prezidenti Ramin Musayev, baş katib Elxan Məmmədov komanda üzvləri ilə görüşüb, onları Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik ediblər.

Qeyd edək ki, səfərdə keçirilmiş ilk oyunda 1:0 hesabıyla qalib gəlmiş "Qarabağ" doğma meydanda da 3:0 hesablı darmadağına imza ataraq, qrup mərhələsinə vəsiqəni təmin edib. Bu, Ağdam klubunun tarixində ikinci belə uğurdur.

Xəbər 659 dəfə oxundu.