"Qəbələ" Afinadakı oyunda erkən qolla hesabı açıb [YENİLƏNİB]
Oyunun 6-cı dəqiqəsində “Qəbələ” hesabda irəli çıxıb. Künc zərbəsindən sonra ötürməni başla dəqiq yerinə yetirən Dodo oyunda hesabı açıb – 1:0.


Futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin cavab oyununda Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” komandası səfərdə Yunanıstanın “Panatinaikos” klubunun qonağıdır.

Afinanın 16 min azarkeş tutumuna malik “Apostolos Nikolaidis” stadionunda keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernydub, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Dodo, Ermin Zets və Aleksey Antonov meydana çıxıblar.

“Panatinaikos”un ilk on birliyində isə Luk Stil, Giorgos Kutrumbis, Statis Tavlaridis, Nano, Sergio Sanchez, Kristos Bourbos, Zeka, Sotiris Ninis, Daniyel Pranyiç, Niko Karelis və Markus Berq isə yer alıblar.

Matçın əsas hakimi slovakiyalı İvan Krujlyakdir. Köməkçi hakim funksiyasını onun həmyerliləri Tomas Somolani, Tomas Mokoş və Peter Kralovic yerinə yetirirlər.

Komandalar arasında Bakıdakı ilk qarşılaşmada qapılara qol vurulmamışdı - 0:0. İki oyunun nəticəsinə görə üstün olan kollektiv komanda yarışlarının qrup mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 819 dəfə oxundu.