Şahmat üzrə Bakı birinciliyi başa çatıb
Yanvarın 11-də Respublika Şahmat Mərkəzində 1998-1999-cu il təvəllüdlü yeniyetmələr arasında start götürmüş şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb. İdman.com.az saytı xəbər verir ki, yarışda Bakı şəhəri üzrə 1 saylı İOEUGŞDİM, 2 saylı UGŞİM, RİOEUGŞM, “Neftçi” İSM, “Sərhədçi” İOM, 19 saylı UGİM, T.İsmayılov adına UGYS, HRŞDK, “Şağan” OİK və RŞK-nu təmsil edən 60 nəfər yeniyetmə (onlardan 10 nəfəri qızlardır) iştirak edib.

Turnirin nəticələrinə görə, oğlanlar arasında 8 xalla Miradil Zeynallı birici, 7 xalla Ramazan Süleymanov ikinci, 6,5 xalla Zaur Abbasov üçüncü yeri tutub. Qızlar arasında isə 8 xalla Məğrurə İmanlı birinci olub. İkinci yerə 7,5 xalla Fatımə Əhmədova,üçüncü yerə isə 6,5 xalla Könül Bağırova layiq görülüblər.
Yarışların nəticəsinə görə 5 yeri yutmuş oğlan və 4 qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqdır.

Xəbər 1287 dəfə oxundu.