“Real” Ronaldonu arxa plana atdı
"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "kral klubu"ndakı mövqeyini itirməkdədi.

Bu iddiayla İspaniya mətbuatı çıxış edib. İspan həmkarlarımızın bu fikrə gəlməsinə "Real"ın yeni formasının təqdimatında çəkilən fotolar səbəb olub.
Belə ki, həmişə "Real"ın yeni formalarının təqdimatı üçün çəkilmiş fotolarda Kriştiano Ronaldo ön plana çıxarılsa da, bu dəfə portuqaliyalını uelsli Qaret Beyl əvəz edib.

İddialara görə, klub bu yolla 100 milyon avro xərcləyərək heyətinə cəlb etdiyi uelslini daha çox reklam edərək, Ronaldonun kölgəsindən çıxarmağa çalışır. İspan həmkarlarımız həmçinin klub rəhbərliyinin komandanın baş məşqçisi Rafael Benirteslə problemləri olan 30 yaşlı Ronaldodan tezliklə yaxa qurtarmaq fikrində olduğunu qeyd ediblər.

Belə ki, klubun reklamlarında yavaş-yavaş Beyldən arxa plana göndərilən Kriştianonun 2015/16 mövsümünün sonunda komandadan da göndəriləcəyi güman olunur.

Xəbər 855 dəfə oxundu.