Millimiz Türkmənistana qalib gəldi
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ABU Arena-da təşkil olunan qarşılaşma millimizin qələbəsi ilə başa çatıb - 6:2. Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilən yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 703 dəfə oxundu.