"Qarabağ" qrup mərhələsinin bir addımlığında - YENİLƏNİR
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə üstünlüyü qorumağa çalışacaq.

Ötən mövsüm tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandası həmin uğuru təkrarlamağa çox yaxındır. Bunun üçün "Qarabağ"ı axşamkı görüşdə istənilən heç-heçə də qane edəcək. Matç saat 21:00-da başlayacaq.



27 avqust
Avropa Liqası, "pley-off"un cavab oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 1:0
Hakimlər: Gediminas Mazeyka, Vytautas Simkus və Vytenis Kazlauskas (hamısı Litva)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 716 dəfə oxundu.