"Barselona"nın qapıçısı Mark Andre Ter Şteqen hamını qabaqlayıb
UEFA 2014/2015 mövsümündə ən yaxşı qapıçı qurtarışının müəllifini açıqlayıb.UEFA-nın keçirdiyi səsvermədə "Barselona"nın qapıçısı Mark Andre Ter Şteqen hamını qabaqlayıb.

Onun Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə görüşdəki möhtəşəm qurtarışı respondentlərin ən çox səs faizi toplayıb. Yekunda 28 faiz səs toplayan almaniyalı qolkiper mövsümün ən yaxşı qurtarışının müəllifi olub.

Qeyd edək ki, "Bavariya"nın qapıçısı Manuel Noyer səsvermədə ikinci olduğu halda, "Yuventus"un qolkiperi Canluici Buffon üçüncülüklə kifayətlənib.

Xəbər 764 dəfə oxundu.