“Bu toplanış komandaya yaxşı təsir edəcək”
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu hazırlığını davam etdirir. İdman.com.az-ın məlumatına görə, yarımmüdafiəçisi Orxan Əliyev hazırlıq prosesi ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib:

“Hazırlığımız yüksək səviyyədə keçir. Bernard Raabın rəhbərliyi altında hər gün biri-birindən maraqlı məşqlər keçirik. Komandada irəliləyiş hiss olunur. Artıq iki yoxlama oyunu da keçirmişik. “Jetusi” ilə baş tutan görüşdə iştirak etməsəm də, “Paderborn”la oyunun ikinci hissəsində meydana çıxdım.

Çox güclü rəqibə qarşı oynadıq. Ümid edirəm ki, “Fakel”lə matçda da çalışdırıcı məni meydana buraxacaq. Bu toplanış komandaya yaxşı təsir edəcək və Premyer Liqanın ikinci dövrəsinə qədər tam hazır olacağıq”.

Xəbər 947 dəfə oxundu.