“Səhvlər üzərində işləyəcəyik”

“Oyun çətin mübarizə şəraitində keçdi. Komandanın vəziyyətini, fiziki durumunu, taktiki tapşırıqları necə yerinə yetirdiyini görmək baxımından yararlı matç oldu”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Atırau” ilə oyundan sonra “Qəbələ”nin baş məşqçisi Fateh Kavlak deyib.

“Qara-qırmızılar” Antyalyada keçirdiyi ilk yoldaşlıq oyununda Qazaxıstan klubuna 1:2 hesabı ilə uduzdu. Türkiyəli mütəxəssis məğlubiyyətə səbəb kimi səhvləri göstərib: “Hesab önəmli olmasa da, hesabın belə alınmasında buraxdığımız səhvlər çox önəmlidi. Bu səhvlər üzərində işləyərək hazırlığımızı davam etdirəcəyik”.

Xəbər 922 dəfə oxundu.