Bakıda keçirilmiş I Avropa Oyunlarında qalib gəlmiş rusiyalı idmançıların məşqçiləri pul mükafatları alacaqlar
Rusiya Federasiyası Hökumətinin normativ-hüquqi aktlarının layihələri yerləşdirilən federal portalda “2015-ci ildə Bakı şəhərində keçirilmiş I Avropa Oyunlarında qalib gəlmiş və mükafata layiq yerlər tutmuş idmançılar hazırlanmasını təmin etmiş Rusiya Federasiyası yığma idman komandalarının məşqçiləri və mütəxəssisləri üçün pul mükafatının ümumi məbləğinin xərclənməsi qaydasının təsdiq edilməsi haqqında” əmrin layihəsi dərc edilib.

Bu sənədə əsasən, məşqçilər və mütəxəssislər üçün pul mükafatının ümumi məbləği aşağıdakı həcmdə müəyyən edilib: qızıl medala görə - 48.000 rubl; gümüş medala görə 24.000 rubl; bürünc medala görə 14.400 rubl.

Xatırladaq ki, Rusiya yığması Bakıda keçirilmiş Avropa Oyunlarında ümumi komanda hesabında medalların sayına görə birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 164 medal olub – 79 qızıl, 40 gümüş və 45 bürünc medal.

AZƏRTAC

Xəbər 2233 dəfə oxundu.