Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Açılış mərasimində çıxış edən mərkəzin direktoru Ramin Talıbov və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bu yarışı keçirməkdə məqsədin məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq, üzgüçülük idman növünü inkişaf etdirmək, məktəbliləri sağlam həyat tərzinə uyğunlaşdırmaq olduğunu qeyd ediblər.

İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2 yaş qrupunda 30-a yaxın idmançı iştirak edib. Onlar sərbəst üsulla 25 və 50 metr məsafəyə üzməkdə qüvvələrini sınayıblar. Nəticəyə əsasən, 50 metr məsafəni 1999-cu il təvəllüdlü idmançılar arasında Turan Məmmədov, 25 metr məsafəni isə 2000-ci il təvəllüdlü idmançılar arasında Vüqar Nəsirli hamıdan tez qət edərək birinci yerə layiq görülüblər.

Hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

Xəbər 1782 dəfə oxundu.