Yunis Hüseynov legionerləri bəyənmədi
"Xəzər Lənkəran" baxışda olan xorvatiyalı yarımmüdafiəçi Sanin Muminoviç və serbiyalı hücumçu Milorad Janyusu geri göndərib.

Onların səviyyəsi komandanın baş məşqçisi Yunis Hüseynovu razı salmayıb. Artıq çəkindən əziyyət çəkən hər iki futbolçunun digər problemi oyun təcrübəsinin azlığıdır.

Məlumatı "Futbol+" qəzetinə verdiyi açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib.

Xəbər 673 dəfə oxundu.