“Partizan” Serbiyanı yenidən Azərbaycana qonşu etdi
UEFA-nın yeni reytinq siyahısı bəlli olub. Çempionlar Liqasının "pley off” oyunları çərçivəsində baş tutan oyunlardan sonra cədvəldə müəyyən dəyişikliklər olub.
Belə ki, ötən gecə baş tutmuş 5 qarşılaşmadan sonra 6 ölkə hesabına əlavə xallar yazdıra bilib. Ancaq onlardan 1 irəliləyə bilib.

Bu isə ölkəmizin ən yaxın izləyicisi olanSerbiyadı. Serblər "Partizan”ın BATE-ni məğlub etməsindən sonra hesabına 0.250 xal gətirib. Bununla da serblər Bolqarıstan və Sloveniyaya çataraq ölkəmizə yaxşınlaşıb. Hazırda 26-cıpillədə olan ölkəmiz Serbiyanı 0.125 xal qabaqlayır.

Siyahıya isə İspaniya başçılıq edir.

Xəbər 639 dəfə oxundu.