"Əl-Jadeyuini Elvinlə Əfrandan biri biri əvəz edə bilər"
"Qarabağ"ın yarımmüdafiəçisi Vüqar Mustafayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Yanq Boyz" yaxşı komandadır. Ona görə cavab matçının necə keçəcəyini öncədən demək çətindir. Biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk növbədə səfər oyununda qalib gəldiyimizə görə sakitləşməməyimiz, arxayınlaşmamağımız vacibdir. Səfərdən qələbə ilə qayıtmağımıza baxmayaraq, Bakıdakı oyun çox çətin olacaq. Təəssüf ki, Əl-Jadeyui zədələndiyinə görə bu dəfə oynaya bilməyəcək. O, komandamız üçün lazımlı futbolçu idi. Amma fikrimcə, onu Elvin Məmmədovla Əfran İsmayılovdan biri əvəz edə bilər".

Xəbər 657 dəfə oxundu.