Təmsilçilərimiz play-off-da cavab oyununu keçirəcək
UEFA Avropa Liqası turnirindəki təmilçilərimiz “Qarabağ” və “Qəbələ” bu gün play-off mərhələsinin cavab oyununu keçirəcəklər:

“Qarabağ” – “Yanq Boys” (İsveçrə) – ilk oyun 1:0
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Baş hakim: Gediminas Mazeika
Baş hakimin köməkçiləri: Vytautas Simkus, Vytenis Kazlauskas
Dördüncü hakim: Sergejus Slyva
(Hakimlər briqadası Litvadandır)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
Hakim-inspektor: Miroslav Vitkovic (Xorvatiya)

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” – ilk oyun 0:0
Afina. Apostolos Nikolaidis stadionu. Saat 23:00
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Tomas Somolani, Tomas Mokos
Dördüncü hakim: Peter Kralovic
(Hakimlər briqadası Slovakiyadandır)
UEFA nümayəndəsi: Wolfgang Thierrichter (Avstriya)
Hakim-inspektor: Manuel Mejuto Gonzalez (İspaniya)

Xəbər 685 dəfə oxundu.