Millimiz bu gün yoldaşlıq oyunu keçirəcək
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək. ABU Arena-da təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 644 dəfə oxundu.