Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları canlı yayımlanacaq
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığmaları ilə qarşılaşacaq.

Hər iki qarşılaşma “CBC Sport CBC” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

“Dalğa Arena”da keçiriləcək hər iki qarşılaşma saat 19:00-da başlayacaq.

Xəbər 664 dəfə oxundu.