İbrahimoviç "Malmö"nü təbrik etdi
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç İsveçin "Malmö" klubunu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

İsveçli futbolçu sosial şəbəkələrdəki səhifəsindən "Malmö" haqda xoş sözlər yazaraq sabiq komandasına qrup mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, "Malmö" Çempionlar Liqasının "pley-off"unda "Seltik"i iki oyunun nəticəsinə görə üstələyərək (2:3, 2:0) qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, İbrahimoviç 1999-2001-ci illərdə "Malmö"nün şərəfini qoruyub.

Xəbər 685 dəfə oxundu.