Roman Qriqorçuk: " Sehirli çubuğumuz olsaydı, Bakıda 5:0 hesabı ilə qalib gələrdik"
Roman Qriqorçuk: Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" sabah pley-off mərhələsinin cavab matçı çərçivəsində "Panatinaikos"un qonağı olacaq. Təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyundan bir gün öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Ukryanalı mütəxəssis öncə baş tutacaq vacib qarşılaşma haqda danışıb, daha sonra media mənsublarının suallarını cavablandırıb.

"Belə oyunlarda bizə uğurlar arzulanmasına çox ehtiyacımız var. Məlum oyunçular sabahkı qarşılaşmada oynamayacaq. Digər oyunçularla bağlı problem yoxdu. Əminliklə söyləyə bilərəm ki, futbolçular sabah öz güclərini göstərəcəklər. Bakıdakı meydança narahat idisə, Afinada belə problem olmayacaq. Hər iki komanda yaxşı kombinassiyalar qura biləcək. Ki, bu da oyunun nəticəsinə təsir göstərəcək.

- Rəqib azarkeşlər "Qəbələ"yə təzyiq edəcəyi aydın məsələdi. Komandanın bu duruma görə psixoloji hazırlığı hansı vəziyyətdədi?
- Əlbəttə ki, bizim azarkeş sarıdan problemimiz olacaq. Bakıdakı oyunlarda fanatlarımız bizə lazımı dəstəyi veriblər. Onların dəstəyi bizim üçün çox vacib idi. Sabah isə belə üstünlüyümüz olmayacaq. Rəqib komanda isə bu yöndə daha şanslıdı. Futbolçularımız artıq bu duruma öyrəşib.

- Ot örtüyünün yaxşı olması sizin xeyirinizə ola bilərmi? Nəzərə alaq ki, rəqib baş məşqçi fərqli stildə oynayacaqlarını bildirib...
- Bu, hər iki komanda üçün müsbət haldı. Rəqib komandanın baş məşqçisinin dediklərini eşitmişik. Nə düzəliş edəcəklərindən xəbərimiz var. Bilirəm ki, rəqib toplu oyunlarla necə oynayır. Burada isə öz stillərində oynayacaqlar.

- Sehirli çubuğunuz olsaydı, rəqib komandadanın hansı futbolçunu aradan götürərdiz?
- Belə bir imkanımız yoxdu. Biz "Panatinaikos"qarşı yaxşı oynumuzu oynamağa çalışacağıq. Sehirli çubuğumuz olsaydı, Bakıda 5:0 hesabı ilə qalib gələrdik. Afinadakı cavab oyununa isə rahat çıxmış olardıq.

- Futbolçuların hamısı ilk 90 dəqiqədə qələbə qazanmaq istədiklərini bildirir. Penaltilər seriyası barədə düşünmüsüz?
- Səhərə qədər oynamağa hazırıq. Yüz dənə penalti vurmağa razıyıq. Yetər ki, biz qalib gələk.
- Rafael Santosun olmaması işinizi çətinə salacaqmı?
- Rafaelin olmaması işimizi çətinə salmaz. Bizə qol vurmaq lazımdı. Rafael isə qol vuran deyil. Biz nə qədər hücum etsək, rəqibin də az imkanı olacaq.

- Yarımmüdafiənin sağ cinahı ilə bağlı planlarınız nədi? Nəzərə alaq ki. son oyunlarda bu cinahlarda fərqli futbolçular çıxış edir...
- Heyətlə bağlı indidən nəsə deyə bilmərəm. Buna sabah aydınlıq gələcək. Hər kəsin oynamaq şansı var.

Xəbər 691 dəfə oxundu.