Harald Qamperle: Bakıya qələbə üçün gəlmişik
İsveçrənin "Yanq Boyz" klubunun baş məqçi əvəzi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Qarabağ" yaxşı komandadır. Amma biz Bakıya qələbə üçün gəlmişik. Ev oyununda məğlub olmuşuq. Həmin səhvləri bu dəfə təkrarlamaq istəmirik. "Qarabağ"la oyunu analiz etmişik. Matça hazırıq. Ancaq qələbə barədə düşünürük".

"Zədəli futbolçularımız var. Amma matça normal hazırlaşmışıq. Biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də oynayacağıq".

"Qazonun vəziyyətinə gəlincə, bunu olduğu kimi qəbul etməliyik. UEFA burada oynamağa razılıq veribsə, deməli, biz də oynamağa məcburuq".

Qamperle Bakı haqda da danışıb: "Bakı gözəl şəhərdir. Futbolçularımız bir az gəzməyə də imkan tapdılar".

"Reynaldo yaxşı oyunçudur. Biz onunla maraqlanırıq. Amma öz futbolçularımızdan da razıyıq".

Xəbər 724 dəfə oxundu.