Maltanın millimizlə oyun üçün heyəti açıqlandı
"Avro-2016"nın seçmə mərhələsində sentyabrın 6-da millimizlə qarşılaşacaq Malta yığmasının heyəti açıqlanıb.

Yığmanın baş məşqçi Pietro Qedin millimizlə oyun üçün 27 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, sentyabrın 3-də səfərdə İtaliyanın qonağı olacaq Malta yığması, 3 gün sonra evdə millimizi qəbul edəcək.




Qapıçılar: Justin Haber (“Birkirkara”), Henri Bonello (“Hibernians”), Qlen Zammit (“Slima”), Andryu Hoqq (AEL)

Müdafiəçilər: Andrey Aquis, Kleyton Failla (hər ikisi “Hibernians”), Aleks Muskat (“Slima”), Ryan Kamilyeri (“Valletta”), Zaç Muskat, Jozef Zerafa (hər ikisi “Birkirkara”), Stiv Borq ("Aris", Kipr), Conatan Karuana ("Valetta"), Aleks Sini ("Pembrouk")

Yarımmüdafiəçilər: Roderik Briffa (“Valletta”), Pol Feneç, Rouen Muskat (hər ikisi “Birkirkara”), Byörn Kristensen (“Hibernians”), Stiv Pisani (“Floriana”), Ariton Azzopardi ("Tarksien"), Andryu Kohen ("Hibernians"), Dulan Qrima ("Balzan"), Qaret Skiberras ("Birkirkara")

Hücumçular: Alfred Effionq (“Qormi”), Maykl Mifsud (“Slima”), Terençe Vella (“Birkirkara”), Jin Pierre Mifsud Triqanza ("Valletta"), Andre Şembri ("Omoniya", Kipr)

Xəbər 665 dəfə oxundu.