“Legionerlər yerlilərdən üstün olmalarını sübut etməlidir”
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyd Biçər komandasının avrokuboklarda uğurlu çıxış edə bilməməsi və özünün klubdakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, azerisport.az-a müsahibəsində o, bunları dilə gətirib:

“Azərbaycan klubları üçün avrokubokların qrup mərhələsinə düşmək çox çətindir. Çünki hər mərhələ adladıqca, daha güclü komandalarla qarşılaşmalı olursan. Bunun üçün yerli çempionatda güclü komandaların, yaxşı oyunların sayı artmalıdır. Həmçinin legioner seçimlərində də diqqətli olmaq lazımdır.

Bura gələn legionerlər yerlilərdən ən azı bir baş üstün olmalıdır. Rauf Əliyev, Rəşad Sadıqov, Əfran İsmayılov “Qarabağ”ın ən güclü oyunçularındadılar. İstənilən əcnəbi futbolçu çalışmalıdı ki, yerlilərdən üstün olduğunu sübut etsin. Mənim “Xəzər Lənkəran”dakı gələcək taleyimə gəlincə, “get” deyilənə qədər işləyəcəm”.

Xəbər 1888 dəfə oxundu.