Roman Qriqorçuk onu bağışladı
Roman Qriqorçuk onu bağışladı Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" pley-off mərhələsinin cavab matçında sabah "Panatinaikos"un qonağı olacaq. Təmsilçimiz bu gün Yunanıstana yola düşür.

Afinaya ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, səfərə yollannan heyətə qapıçı Andrey Popoviç də daxil edilib. Bir müddət öncə yol verdiyi intizamsızlığa görə əsas heyətdən uzaqlaşdırılan qolkiper baş məşqçi Roman Qriqorçuk tərəfindən bağışlanılıb. O, Premyer Liqanın III turu çərçivəsində "Kəpəz"lə oynanılan qarşılaşmadan sonra əsas heyətə geri dönüb.

Qeyd edək ki, Popoviç komandanın düşərgəsinə içkili qoşulduğu üçün Qriqorçukun qəzəbinə tuş gəlmişdi.

Xəbər 731 dəfə oxundu.