"Yanq Boyz" Bakıda
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Yanq Boyz" artıq Bakıdadır.

İsveçrə təmsilçisi ötən gecə paytaxtımıza gəlib.

"Yanq Boyz" bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Yanq Boys" görüşü saat 21:00-da start götürəcək.

Xəbər 692 dəfə oxundu.