Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq


Bu gün futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin son 5 cavab görüşü keçiriləcək. Cavab görüşlərində meydan sahibi qismində çıxış edən komandaların hamısı ilk oyunda məğlubiyyətlə üzləşib.

Kipr APOEL-i öz meydanında Qazaxıstanın "Astana" klubunu qəbul edəcək. Serbiyanın "Partizan" klubu isə BATE (Belarus) ilə münasibətlərinə aydınlıq gətirəcək. Gecənin maraqlı görüşlərindən biri də Belçikada keçiriləcək "Brügge" - "Mançester Yunayted" qarşılaşması olacaq. İtaliya "Latsio"su Almaniyada "Bayer"in, Portuqaliyanın "Sportinq" klubu isə Moskvada ÇSKA-nın qonağı olacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust
23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1

23:45. "Partizan" (Serbiya) - BATE (Belarus)
İlk oyun - 0:1

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1

23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:3

23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:2

Qeyd edək ki, avqustun 25-də keçirilmiş cavab görüşlərinin nəticələrinə əsasən, 5 klub - "Dinamo" (Zaqreb, Xorvatiya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Valensiya" (İspaniya), "Malmö" (İsveç) və "Makkabi" (Təl-Əviv, İsrail) Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Xəbər 653 dəfə oxundu.