“Azərreyl” ev sahibi oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 2011/2012 mövsümündə “dördlər finalı”na ev sahibliyi edəcək klubun adına aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, Bakıda keçiriləcək həlledici mərhələyə təşkilatçılığı “Azərreyl” edəcək. Artıq Avropa Voleybol Konfederasiyası (CEV) da onların bu hüquqa yiyələndiklərini təsdiqləyib.

Qrup mərhələsinin püşkatmasında Çempionlar Liqasının Bakıda keçiriləcəyi bilinsə də, ev sahibliyi edəcək klubun adı açıqlanmamışdı. Çünki analoji yarışda “dəmiryolçular”la yanaşı, “Rabitə” də qüvvəsini sınayır və hər ikisi 1/8 finalda mübarizə aparacaq. Lakin məhz pley-off mərhələsinin püşkatmasında bu qeyri-müəyyənliyə son qoyulub. “Azərreyl” isə əvvəlki illərdən fərqli, “dördlər finalı”na kimi 2 oyunda da qalib gəlməlidir ki, yarımfinallara qatılsın.

Qeyd edək ki, bundan öncə həlledici mərhələyə ev sahibliyi edən klub pley-off mərhələsinə qatılmırdı və birbaşa 1/2 finalda oynamaq hüququ qazanırdı.

Xəbər 948 dəfə oxundu.