İsgəndər Əsgərov Kosovo klubunun oyununa nəzarət edəcək
Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəndər Əsgərov yeni təyinat alıb. Mütəxəssis, sentyabrın 6-da Bolqarıstanın Burqos şəhərində keçiriləcək Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışın 1-ci təsnifat mərhələsinin ilk görüşündə kişilər arasında yerli “Freqata” və “BESA Famiglia” (Kosovo) klublarının oyununda hakimlərə nəzarət edəcək.

Matçın referiləri İtaliyadandır. Bunlar Roberto Skevola və Tal Alperan cütüdür.

Xəbər 881 dəfə oxundu.